Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Qənİrə Paşayeva Hİndİstan səfİrİnə Qarabağ həqİqətlərİndən danışıb

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb.

Trend-in məlumatına görə, Azərbaycanla Hindistan arasında əlaqələrin inkişaf etdiyini deyən millət vəkili, Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayeva hər iki ölkə, o cümlədən parlamentlər arasında əlaqələrin inkişaf etməsinin müsbət hal olduğunu deyib. O, Hindistanın ölkəmizdəki səfirinə Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib. Xocalı soyqırımı, Qaradağlı soyqırımı, Quba soyqırımı, Ağdaban faciəsi, dağıdılmış mədəniyyət beşiyi - Şuşa, Ermənistanın işğal etdiyi və abidələri məhv etdiyi Ağdamla bağlı filmlərin daxil olduğu ingilis dilində “Azərbaycan həqiqətləri” filmlər kataloqunu səfirə təqdim edən millət vəkili Qarabağ həqiqətləri ilə bərabər Azərbaycan mədəniyyətinə dair materiallar da hədiyyə edib və bu istiqamətlərdə söhbət aparılıb.

Q.Paşayeva yaxın günlərdə III Beynəlxalq türk sənətləri, tarixi və folkloru konqresində iştirak etmək üçün Hindistanın paytaxtı Dehli şəhərinə səfər edəcəyini deyib və bu kimi tədbirlərin əhəmiyyətli olduğunu bildirib.

V.Kumar Hindistanla Azərbaycan arasında əlaqələrinin daha da inkişaf etdiyini və bundan məmnun olduğunu bildirib.

Görüşün sonunda səfir millət vəkilinə Hindistan mədəniyyəti ilə bağlı materiallar və kitablar təqdim edib. Millət vəkili Q.Paşayeva isə öz növbəsində, Hindistanın ölkəmizdə səfirinə müəllifi olduğu və Hindistanın iki böyük qadın siyasi-ictimai xadimi İndira Qandi və Sonya Qandinin həyat hekayələrini də özündə əks etdirən "Tarixə adını yazan qadınlar" 3 cildlik kitabını təqdim edib. Kitabı vərəqləyən səfir tarixə adını yazdıran 100 qadın içərisində Hindistandan iki böyük qadın siyasi-ictimai xadimin olmasından məmnunluğunu ifadə edib.

www.trend.az

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR