Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

"Berlİn Avropa İnstİtutu"nun sədrİ: Mİnsk qrupunda Fransanı Avropa İttİfaqı əvəz etməlİ, Türkİyə bu quruma daxİl edİlməlİdİr

"Artıq heç kəs ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi qurum kimi görmür. Əgər yenə də bu quruma şans verməli olsanız, o zaman struktur dəyişdirilməlidir". Bunu Trend-ə açıqlamasında "Berlin Avropa İnstitutu"nun sədri Metz Dontfild bildirib.

M.Dontfildin fikrincə, bu qurumda Fransa Avropa İttifaqı ilə əvəz olunmalıdır: “Eyni zamanda, Türkiyə regionda aktiv rol oynayır. Bu səbəbdən sözügedən ölkə bu struktura aktiv şəkildə cəlb edilməlidir”.

"Berlin Avropa İnstitutu" sədrinin fikrincə, Rusiya, Fransa və ABŞ danışıqlar aparmalı olan lazımi tərəflər deyil və bu münaqişənin həllində daha geniş yanaşmaya ehtiyac var: “Türkiyəni və Federika Moqerininin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi təyin olunduğu bir vaxtda Aİ-ni bu işə cəlb etməliyik”.

O, hesab edir ki, Aİ-nin ali nümayəndəsinin bu məsələ üzrə aktiv şəkildə rol oynayacaq xüsusi nümayəndəsini təyin etməsinə ehtiyac var: "ATƏT-ə əsas alət kimi baxılmamalıdır. Hesab edirəm ki, digər yerli qurumlara da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirmək üçün daha çox imkan verilməlidir”.

M.Dontfild qeyd edib ki, ümumiyyətlə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində güzəştə getməsi üçün ona güclü təzyiq göstərilməsinə ehtiyac var.

Qərbin Ukrayna məsələsinə görə Rusiyaya sanksiya tətbiq etməsinə, lakin Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququ pozmağa davam edən Ermənistanın təcavüzkar mövqeyinə görə cəzalandırılmamasına münasibət bildirən M.Dontfild qeyd edib ki, burada ikili standartlar çox aydın şəkildə görünür: “Biz Qərb siyasətçilərinin, xüsusilə də Avropa İttifaqı və uğursuzluğa düçar olan Şərq Tərəfdaşlığının ikili standartlarını çox aydın şəkildə görürük. Digər tərəfdən, ABŞ-ın Ukraynaya dair siyasətində geostrateji marağını da görürük. Amma unutmamalıyıq ki, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir".

"Berlin Avropa İnstitutu"nun sədri qeyd edib ki, indi elə bir vaxtdır ki, Aİ təkcə regiona deyil, Azərbaycana münasibətdə də ümumi və hərtərəfli siyasət hazırlamalıdır: “Bu münaqişədən xeyli insan əziyyət çəkdi, bir milyondan çox azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qaldı. Fikrimcə, Dünya İrsi siyahısına daxil ola biləcək Şuşa kimi bir çox şəhərlər dağıdıldı. Artıq münaqişəni həll etmək və regiona sabitlik gətirmək vaxtıdır”.

www.trend.az

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR