Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Kanadada Xocalı soyqırımı qurbanlarının xatİrəsİnə həsr edİlmİş abİdələrİn açılışı keçİrİlİb

Sentyabrın 14-də Kanadanın Kalqari şəhərində “Confederation” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın açılışı keçirilmişdir. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilmişdir.

Tədbir Səfirliyin dəstəyi ilə Kalqari şəhərində yaşayan həmyerlilərimizin qurduğu “Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti” tərəfindən təşkil edilmişdir.

Açılış mərasimində çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Xocalı soyqırımı haqqında danışmış, bu ağacın Kanadada Xocalı qurbanlarının xatirəsini yad edən ikinci belə abidə (ilk abidə Toronto şəhərindədir) olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi xarakterizə etmişdir. Eyni zamanda abidənin ərsəyə gətirilməsinə görə Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinə dərin minnətdarlıq ifadə edilmişdir. R.Hüseynli tədbir iştirakçılarını “Xocalıya ədalət” kampaniyası və bu kampaniya çərçivəsində görülmüş işlər barədə də məlumatlandırmışdır. O, həmçinin Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırmışdır.

Daha sonra Kalqari şəhərinin digər bir parkı “Edworthy”də Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş oturacağın açılışı keçirilmişdir. Oturacağın üzərindəki memorial lövhədə “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri həkk edilmişdir.

www.trend.az

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR