Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ankarada “Qarabağda üç nəslİn bİr soyqırımı” adlı sərgİ açılıb

 Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərginin açılışı olub.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya  verilən məlumata görə, sərginin rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan və digər rəsmi şəxslər, səfirliyin təmsilçiləri, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil  və mədəniyyət xadimləri iştirak ediblər.

             

Sərgidə Azərbaycan Respublikasınn Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və  jurnallar paylanılıb. Sərgidə Ermənistanın hərbi  təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər  yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.

 

Rəsmi açılışda iştirak edən Türkiyə parlamentinin sədri Cəmil Çiçək sərginin “xatirə kitabı”nda Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb. Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfrans keçiriləcək.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR