Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

İstanbulda Qarabağ qazİsİnə dəstək üçün kİtab təqdİmatı və İmza mərasİmİ keçİrİlİb

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində azərbaycanlı şair İradə Əlilinin “Mənim sevgi dünyam” kitabının təqdimatı və imza mərasimi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, imza mərasimində satılan kitabların gəliri Qarabağ qazisi Rüxsarə Cumayevanın növbəti cərrahiyyə əməliyyatına sərf ediləcək.

 

Tədbirin açılışında çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini daim gündəmdə saxladıqlarını və bundan sonrakı dönəmdə də Qarabağ qazilərinin müalicəsi və reabilitasiyası ilə ciddi şəkildə məşğul olacaqlarını vurğulayıb.

 

Müasir türk şeirinin böyük ustalarından biri, əslən qarabağlı olan Yavuz Bülənt Bakilər tədbirdəki çıxışında qazilərə yardım məsələsinin Türkiyənin hər tərəfinə yayılmasının vacibliyindən bəhs edib. O, Qarabağ qazisi Rüxsarə Cumayevanın bank hesabına 1000 lirə keçirəcəyini bildirib.

 

“Mənim sevgi dünyam” kitabının müəllifi İradə Əlili tədbirdəki çıxışında Qarabağ qazisi Rüxsarə Cumayevaya yardım məqsədilə İstanbulda təşkil edilmiş imza mərasiminə görə S. Qaraqoyunluya təşəkkür edib. İ. Əlili Qarabağ qazisinə yardım kampaniyasının hədəfinə çatması üçün Azərbaycandakı tədbirlərin də davam etdiriləcəyini söyləyib.

 

Tədbirin sonunda İradə Əlili kitabını iştirakçılar üçün  imzalayıb. Müəllifin imzaladığı kitabların satışından  toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR