Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

"Dağlıq Qarabağ Münaqİşəsİnə Beynəlxalq Baxış" adlı tədbİr çərçİvəsİndə görüş keçİrİlİb

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında Azərbaycan Gənclərinin Avroatlantika Təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ Münaqişəsinə Beynəlxalq Baxış" başlığı altında həyata keçirdiyi beynəlxalq tədbir çərçivəsində iştirakçı olan gənclər ilə icmanın əməkdaşları arasında görüş keçirilib.

 

Bu barədə APA-ya Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mətbuat xidmətindən məlumat verilib.

 

Görüşün əsas məqsədi Avropanın müxtəlif ölkələrindən olan tələbələr, gənc elmi tədqiqatçılar və mütəxəssislərə Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermək, Azərbaycan reallıqlarını tam və dolğun formada iştirakçılara çatdırmaq olub.

 

Təşkilatın İcmadaxili məsələlər şöbəsinin müdiri Nadir Bayramov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırım siyasəti, probleminin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, münaqişənin beynəlxalq-hüquqi aspektləri və digər məsələlər haqqında məlumat veriblər. Qonaqlar da öz növbələrində bu münaqişənin tez bir zamanda və beynəlxalq hüququn prinsipləri əsasında həll olunacağına əmin olduqlarını bildiriblər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR