Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Avropa İttİfaqının Cənubİ Qafqaz üzrə xüsusİ nümayəndəsİ Herbert Salber İlə görüş

22 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətiilə İcmanın rəhbəri Bayram Səfərov arasında  görüş keçirilmişdir.

Görüşdə ilk olaraq İcmanın rəhbəri Bayram Səfərov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam edir. Həmçinin Bayram Səfərov qeyd etmişdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə həm Aİ-dən, həm də digər beynəlxalq qurumlarda qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır bə biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.

Bununla yanaşı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqləndirmə şurasının sədri Orxan Əkbərov qeyd etmişdir ki, Aİ-nin bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərməsi zəruridir. Münaqişənin həlli üçün, Aİ-nın dəstəyi və səyi nəticəsində İcmalararası dialoqların təşkil olunması,  Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir. 

Herbert Salber da öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirmiş və qeyd etmişdir ki, biz hər zaman qeyd edirik ki,  Dağlıq Qarabağ münaqişəsi Aİ üçün çox vacib məsələdir. Avropa İttifaqı münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR