Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Bursada "Dağlıq Qarabağın İşğalı beynəlxalq hüquq prİzması baxımından" adlı konfrans keçİrİlİb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Layihə İdarəetmə Assosiasiyası tərəfindən Türkiyənin Bursa şəhərində "Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq prizması baxımından” adlı konfrans keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Layihə İdarəetmə Assosiasiyasının sədri, prof. Çətin Almas həyata keçirdikləri layihənin əhəmiyyəti haqqında danışıb və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını beynəlxalq hüququn təməl prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.

Konfransda prof. Dr. Həsən Tunç, prof. Dr. Necdət Hayta, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər şəxslər məruzə ilə çıxış ediblər.

Toplantıda çıxış edən şəxslər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyərək münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsbit olunduğunu qeyd ediblər. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün zəpt olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Məruzəçilər vurğulayıblar ki, Ermənistan tərəfi işğalçılıq siyasətini gizlətmək üçün beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui istifadə etməyə çalışır. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində xalqların öz müqəddəratını təyinetmə hüququ daxili hüquq kimi ifadə oluna bilər. Bu hüququn da yalnız Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldıqdan və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra ölkəmizin sərhədləri daxilində reallaşdırılması mümkündür.

Tədbir iştirakçıları münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətini artırmağa çağırıblar.

Toplantıda ekspertlər, professorlar, çoxsaylı media və QHT nümayəndələri iştirak edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR