Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Fransa, Azərbaycan və Ermənİstan prezİdentlərİnİn bİrgə görüşü keçİrİlİb

Fransua Olland irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib

 

 Oktyabrın 27-də Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirib.

 

APA-nın Yelisey Sarayının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi də daha sonra görüşə qatılıblar.

 

“Bu Sammit Fransa prezidentin bu ilin may ayında Cənubi Qafqaz ölkələrinə etdiyi səfərdən sonra gerçəkləşib. Bu səfər ərzində Fransua Olland Fransanın Minsk qrupunun həmsədr ölkəsi qismində atəşkəsin qüvvəyə minməsindən 20 il sonra bu münaqişənin sülh yolu ilə həllinin tapılması üçün vasitəçilik missiyasını davam etdirəcəyi öhdəliyini yenidən təsdiqlədiyini bildirib.

 

 

Bu yay Dağlıq Qarabağda çoxsaylı itkilərə, o cümlədən mülki vətəndaşların itkisinə səbəb olan silahlı insidentlərin artması kontekstində, Paris Sammiti Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoqun bərpasına imkan yaratdı. Fransa prezidenti tərəflər arasında bölgədə gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.

 

 

Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

 

 

Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib.

 

Fransua Olland hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O,irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

 

Azərbaycan və Ermənistan prezidentləri BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivısində görüşməklə, danışıqları davam etdirmək haqqıda razılığa gəliblər” deyə rəsmi açıqlamada qeyd olunub. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR