Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Bayram Səfərov: "Azərbaycanlı gİrovları “məhkəmə”də bİr-bİrİnə qarşı qoymaq cəhdlərİ İşğalçıların növbətİ təxrİbatıdır"

“Azərbaycanlı girovları qətldə ittiham etmək və qondarma “məhkəmə”də bir-birinə qarşı qoymaq cəhdləri Ermənistan işğalçılarının növbəti provokasiyasıdır və buna dərhal son verilməlidir”. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov  bu gün Xankəndində keçirilən “məhkəmə”də Dilqəm Əsgərov və Şahbaz Quliyevin “bir-birini ittiham etməsi” barədə məlumatların Ermənistan tərəfinin təxribatı olduğunu bildirib: “Bu adamlar öz torpaqlarına, öz əzizlərinin məzarlarına baş çəkməyə gediblər. Bunu hamı birmənalı şəkildə qəbul etməlidir. Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərə kimisə qətlə yetirmək üçün getməyiblər. Onları girov saxlamaq, təzyiq altında hansısa ifadələrə vadar etmək qanunsuzdur və təxribatdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev tez bir zamanda azad olunmalıdır”.

 

Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyəti barədə sualı icma rəhbəri belə cavablandırıb: “Mən başqalarını bilmirəm, Azərbaycan rəhbərliyinin bu işlə ciddi məşğul olduğuna inanıram. Ermənistan rəhbərliyinə isə səslənirəm ki, günahsız insanların üzərindən şou yaratmağa son versinlər. Məqsədləri sülhdürsə, bunu başqa cür göstərsinlər”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR