Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Brüsseldə "Qarabağ: İşğal öncəsİ və sonrası"

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Brüsseldə TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ: işğal öncəsi və sonrası” adlı foto və “3 nəsil 1 soyqırım” adlı əşya sərgisinin açılış mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Belçikanın nüfuzlu “Vrije Universiteit” Universitetində təşkil edilən sərgini ziyarət edən Belçika vətəndaşları işğal olunmuş ərazilərdən gətirilən əşyalar və onların tarixçələri ilə tanış olublar. Eyni zamanda, onlara ingilis və türk dillərində “Qarabağda 3 nəsil, 1 soyqırım” adlı kitab paylanıb.

Sərgi ilə tanışlıqdan sonra “Qafqazda sülhün bərqərar olunması yolunda maneələr” adlı konfrans öz işinə başlayıb. Toplantıda çıxış edənlər beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı işğal siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşən yüzminlərlə insanın vətəndaş hüquqlarının tapdanmasına laqeyd qalmamağa və işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Sərginin açılışında və konfransda Azərbaycanın Brüssel və Lüksemburqdakı səfiri, habelə Avropa İttifaqı yanında Daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Türkiyənin Belçikadakı səfiri Mehmet Okan Olcay, Türkiyənin millət vəkili, dr. Sinan Oğan, Türkiyənin Brüsseldəki baş konsulu Əli Barış Ulusoy, Azərbaycanın Belçikadakı səfirliyinin müşaviri Əli Əliyev, TÜRKSAM-ın sədri Əhməd Gəncəxan Babiş, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, tələbələr, xarici və yerli ictimaiyyət nümayəndələri, elmi institutların və media qurumlarının təmsilçiləri iştirak ediblər.

Toplantı iştirakçıları, həmçinin hər iki ölkənin səfirləri sərginin xatirə dəftərinə ürək sözlərini yazıblar.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR