Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Qənİrə Paşayeva Asİya Parlament Assambleyasında çıxış edİb

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən 7-ci plenar sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və törətdiyi soyqırım barədə geniş məlumat verib.

 

APA-nın xəbərinə görə, Q. Paşayeva Xocalı soyqırımının 23-cü ildönümünün yaxınlaşdığını, bu soyqırımı törədənlərin Ermənistanda olduğunu və hələ də ədalət qarşısında cavab vermədiyini vurğulayıb: “Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc insanlara, azərbaycanlılara qarşı soyqırım həyata keçirib və bir şəhəri yer üzündən siliblər. Bu gün Xocalı şəhərinin yerində  tamamilə dağıdılmış bir şəhər görə bilərsiniz. Ümumiyyətlə isə Azərbaycan torpaqlarının işğalı zamanı 20 mindən çox azərbaycanlı Ermənistan tərəfindən qətlə yetirilib. Mən Dağlıq Qarabağ problemi məsələsində hər zaman ədalətin yanında olan Pakistan dövlətinə və parlamentinə təşəkkürümü bildirirəm. Biz inanırıq ki, ədalətin yanında olan və dünyada bir daha bu cür insanlıq əleyhinə cinayət olmasın deyən insanlar və ölkələr Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentinin və bu istiqamətdə qərarlar qəbul edən digər dövlətlərin ədaləti, insan haqlarını müdafiə edən qərarlarını dəstəkləyəcəklər, bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi, Xocalı sakinlərinin öz evlərinə dönə bilməsi istiqamətində səylərini daha da artıracaqlar”. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR