Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Əlİ Həsənov: "Ermənİstan dövlətİ Azərbaycanın tarİxİ torpaqları hesabına yaradılıb"

Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın “The New York Times” qəzetinin Moskva bürosunun əməkdaşları David Herszenhorna və Aleksandra Odynovaya geniş müsahibə verib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müsahibədə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən Ə.Həsənov deyib ki,  200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

 

Ə.Həsənov Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqları hesabına yaradıldığını, qədim Azərbaycan şəhərlərindən olan İrəvanın hazırda Ermənistan dövlətinin paytaxtı olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Bu qərar və qətnamələr hələ də icra olunmayıb, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

 

Dövlət Komitəsinin sədri bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Bu faciəni törədənlərin bu gün Ermənistanda hakimiyyətdə olduqlarını diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, bu işğalçı ölkənin tutduğu mövqe təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükəlidir. Ə.Həsənov qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verib.

 

Jurnalistlər Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllə, buradakı uşaq bağçasında, orta məktəbdə yaradılmış şəraitlə də tanış olublar. Jurnalistlər burada məcburi köçkün Ərşad Piriyevin ailə üzvləri, sonra isə Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Abbas Əliyev və ailə üzvləri ilə söhbət edərək, onların da yaşayış tərzi ilə tanış olub, müsahibələr götürüblər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR