Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Ermənİstan-Azərbaycan, Dağlıq Qarabağ münaqİşəsİ: Dünya həqİqətlərİ bİlməlİdİr” mövzusunda konfrans keçİrİlİb

 Bakı Dövlət Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların sayı 4 mindən çox olub: “Onlardan təxminən 1400-ü qaytarılıb”.

 

A. Məhərrəmov deyib ki, erməni hərbi helikopteri vurulduqdan sonra ermənilər daha da aktivləşiblər: “Buna görə ayıq-sayıq olmaq lazımdır. Azərbaycanlı gənclərin üzərinə böyük vəzifə düşür. Onlar vətəni qorumalıdırlar, bayrağımızı yarışlarda dalğalandırmalıdırlar. Ermənistanın dövlətçilik tarixi yoxdur. Bu yaxınlarda bizim universitetin yubileyi keçiriləcək. Biz sənədlərə baxırdıq. İstədim baxım görüm Gürcüstanda, Ermənistanda universitetlər nə vaxt yaranıb. Ermənilərdə universitet 1921-ci ildə fəaliyyətə başlayıb. Amma saxta sənədlər düzəldərək bizdən 4-5 ay qabağa qoyublar. Orda da saxtakarlıq ediblər”.

Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov, akademiyanın kafedra rəisi Cəlal Qasımov və digərləri Xocalı soyqırımı, saxta “erməni soyqırımı” iddiaları, ermənilərin saxtakarlıqları və törətdikləri cinayətlər barədə məlumat veriblər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR