Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Norveçİn Azərbaycandakı yenİ səfİrİ məcburİ köçkünlərlə görüşüb

Bu gün Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bord İvar Svendsen Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə söhbət edib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitə sədrinin müavini Fuad Hüseynov B.İ.Svendsenə  məlumat verib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş əlavələrə uyğun olaraq indiyədək respublikamızın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə bu cür 89 müasir tipli qəsəbə tikilib istifadəyə verilib, daha ağır şəraitdə yaşayan soydaşlarımız bu qəsəbələrə köçürülüblər.

 

Sonra B.İ.Svendsen məhəllədə inşa olunmuş orta məktəb binası, uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub. Norveç səfirinin diqqətinə çatdırılıb ki, müasir tipli bu qəsəbədə yaşayış binaları, orta məktəb, uşaq bağçası ilə yanaşı, klub-icma mərkəzi, poçt şöbəsi və digər zəruri sosial-texniki infrastrukturlar da istifadəyə verilib. Sonda B.İ.Svendsen Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evində onların şəraiti ilə tanış olub, onunla söhbət edərək fikirlərini bölüşüb. Səfir məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Qeyd edək ki, B.İ.Svendsen bu gün Binəqədi rayonu ərazisində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərlə də görüşüb və onların həyat şəraiti ilə yaxından tanış olub.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR