Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

"İşğaldakİ mədənİyyətİmİz"

19 dekabr 2014-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması birgə olaraq “İşğaldakı mədəniyyətimiz” mövzusunda elmi-praktiki konfrans keçirmişdirlər. Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi universitetin tələbələrini Qarabağın mədəniyyəti ilə tanış etmək, onlara Qarabağın mədəniyyətinin müxtəlif sahələri üzrə yeni biliklər aşılamaq və tələbələrin bu sahədə yeni elmi araşdırmalar etməsi üçün imkanların müzakirə ediləsi olmuşdur.  Tədbir çərçivəsində Qarabağın-Şuşanın rəsmlərindən ibarət sərgi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Qarabağın mədəniyyətinə və incəsənətinə dair kitabların sərgisi keçirilmiş, Elçin Əhmədovun və Tatyana Çaladzenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə haqqında kitabları tədbir iştirakçılarına paylanmışdır.

Konfrans iştirakçıları əvvəlcə mövzu ilə bağlı hazırlanan sərgi ilə tanış olublar. “Hər bir xalqın mədəni irsi bəşəriyyətin nailiyyətidir” deyən Mədəniyyət və İncəsənət Universitetin rektoru Fərəh Əliyeva bildirib ki, bu irsi qorumaq bəşəriyyətin ali vəzifəsidir. Bu məqsədlə bir sıra beynəlxalq hüquqi akt və konvensiyalar qəbul edilib. Ərazisi işğal olunan ölkədə mənəvi, ideoloji tərbiyə ən kəsərli silahlardan biridir. Torpaqlarının bir hissəsi işğal olunmuş Azərbaycanın hər bir vətəndaşı bunları unutmamalıdır. Universitetin əsas vəzifələrindən biri isə gənclərə, tələbələrə  xalqımızın tarixi və mədəniyyətini  öyrətməkdir. Bu baxımdan ali təhsil ocağında belə konfransın reallaşması çox əhəmiyyətlidir. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov isə deyib ki, bu konfrans xalqımızın öz mədəni keçmişinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir. Konfransın əsas mqəsədi tələbələri elmi tədqiqat fəaliyyətinə cəlb etmək, fundamental tədqiqatların aparılmasına gənclərin marağını artırmaqdır. Bayram Səfərov vətənimizin bu dilbər guşəsinin mədəniyyəti, incəsənəti, musiqisinin zənginliyindən danışıb, erməni işğalçılarının tarixi-mədəni abidələrimizi vəhşicəsinə talan etməsi haqqında faktları diqqətə çatdırıb. Bildirib ki, işğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qalıb. İşğalçılar yurd yerlərimizdə qanunsuz arxeoloji qazıntı işləri aparır, tarixi abidələrimizi, məscidləri, dağıdır, tarixi-mədəni irsi saxtalaşdırırlar. O, Qarabağın mədəni irsini qorumağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva da Qarabağın mədəni irsi haqqında geniş məruzə ilə çıxış edib. Deyib ki, Qarabağ təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə də məşhurdur. Belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq Prezident İlham Əliyevin  apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə erməni işğalından azad ediləcək. Sonra Universitetin tələbələri “Daş üzərində həkk olunmuş Qarabağ mədəniyyəti”, “Gənc rəssamların yaradıcılığında Qarabağ mövzusu”, “İşğal altında qalan mədəniyyət abidləri” və digər mövzularda məruzələrlə çıxış ediblər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR