Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

ATƏT nümayəndələrİ Ağdam rayon İcra Hakİmİyyətİndə olublar

Bu gün cəbhədə qoşunların qarşıdurma xəttində monitorinq keçirilməsi üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Ağdam rayon İcra Hakimiyyətində olublar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT nümayəndələri rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüblər.

 

İH başçısı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberqlə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarılaşdığı çətinliklər barədə məlumat verib.

 

Bildirilib ki, sonuncu dəfə monitorinq keçirildiyi gündən - dekabrın 8-dən bu günə kimi  Ermənistan silahlı qüvvələri 327 dəfə atəşkəsi pozub. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub. Təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb. Rayonun Ayaq Qərvəd və Hacıməmmədli kəndlərinin atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən ziyan barədə də məlumat verilib.

 

R. Məmmədov cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daim təhlükə altında olduğunu deyib.

 

Görüşdən sonra ATƏT nümayəndələri rayonun Çəmənli kəndinə gedərək cəbhə xəttində müşahidələr aparmağa başlayıblar. 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR