Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Azərbaycanın ATƏT yanındakı Daİmİ Nümayəndəlİyİ Ermənİstanın Lapşİnlə bağlı İddİasına cavab verİb

"Azərbaycanda bloqger Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil". 

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir. Azərbaycan nümayəndəliyi bildirib ki, cinayət işi ikitərəfli münasibətlər əsasında Azərbaycanla Belarus tərəfindən başladılıb: “Aleksandr Lapşin bir neçə ölkənin vətəndaşıdır. Bu səbəbdən də həmin ölkələr hüquqi proseduru izləməklə bu məsələdə 3-cü tərəf qismində iştirak edir. Ermənistanın bu hüquqi məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu, bir daha onu göstərir ki, Ermənistan davamlı olaraq, xarici vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edir və daha sonra bundan özünün siyasi təbliğatında istifadə edir. Biz bir daha jurnalist və xarici vətəndaşları Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş ərazilərimizə qanunsuz səfərdən çəkinməyə çağırırıq”. 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR