Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Elçİn Əhmədov: “Azərbaycan qanı tökülən azərbaycanlıların qİsasını alacaq”

“Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində Azərbaycan dövləti çox mühüm işlər aparır. Xüsusilə də Azərbaycan prezidentinin qəti və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində çıxışları təcavüzkar Ermənistanı və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı, heç bir dövlət tərəfindən tanınmayan qondarma “DQR” rəhbərlərini də hər zaman təşvişə salır”.

 

Bunu APA-ya açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirib.

 

E. Əhmədov prezident İlham Əliyevin çıxışlarının hər zaman həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslandığını vurğulayıb: “Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarına, o cümlədən Zəngəzura və Göyçəyə qayıtmaqla bağlı verdiyi bəyanatlar, eləcədə də iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi parada çıxışı düşməni təlaşa salır və gülünc bəyanatlar verməsinə gətirib çıxarır. Prezident doğru olaraq vurğuladı ki, Azərbaycan müharibə aparan dövlət olaraq hər zaman öz torpaqlarını işğaldan azad etmək üçün güclü orduya malikdir. Azərbaycanın bu güclü ordusu Ermənistanın ianələr hesabına yaratdığı ordusu ilə müqayisə oluna bilməz. Bu ordu istənilən zaman nəinki Qarabağda, Ermənistanın özündə ən strateji obyektlərini məhv etməyə qadirdir. Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin ayrı-ayrı vaxtlarda sərsəm bəyanatlar verməsi gülüş doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, “DQR” adlı qurum yoxdur, bu qurum heç bir dövlət tərəfindən tanınmayıb. Aprel hadisələri göstərdi ki, “Dağlıq Qarabağ ordusu” bir mifdir. Çünki aprel hadisələri zamanı məhv edilən əsgərlərin içərisində bir nəfər belə Dağlıq Qarabağ ermənisi yox idi.  Məhv edilənlər Ermənistandan Qarabağa göndərilən hərbçilər idi. Hazırda Qarabağda 1992-ci ilə qədər yaşayan ermənilər çox az qalıb. Hazırda Dağlıq Qarabağdakı ermənilərin  əksəriyyəti Ermənistandan, Suriyadan olanlardır. Həmin imkanı olmayan erməniləri də şirnikləndirərək ora yerləşdiriblər. Onların da sayı 20-30 mindən artıq deyil. Bu səbəbdən prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və orada azərbaycanlılar aborigen əhali kimi yaşayıb yaradıblar. Hazırda Dağlıq Qarabağda yaşayan ermənilərin sayı digər yerlərdən köçürülən ermənilərin hesabına süni surətdə artırılıb”.

 

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri deyib ki, Ermənistanın cinayətkar rejiminin rəhbərləri, eləcə də qondarma “DQR”-in rəhbərləri unutmamalıdırlar ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, Xankəndində, Şuşada Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan xalqı Xocalıvə Qaradağlıda, ümumiyyətlə Dağlıq Qarabağda qanı tökülən azərbaycanlıların qisasını alacaq: “Bunu onlar unutmasınlar. Ona görə də prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda Azərbaycanın bayrağı dalğalanacaq. Bunu David Balayanlar heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil.  Azərbaycan prezidentinin hər zaman verdiyi bəyanatlar həm tarixə, həm də hüquq və ədalətə əsaslanır. Bu, Azərbaycan dövlətinin, prezidentinin və xalqının qəti və prinsipial mövqeyidir”.

 
 
 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR