Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

XİN: Ermənİstanın danışıqlar prosesİ üçün şərt qoyması qəbuledİlməzdİr

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verildiyini vurğulayan H.Hacıyev bildirib ki, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: “Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edən açıqlamalar verirlər. Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir”.

 

 

H. Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMTTəhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir". 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR