Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ombudsman Dağlıq Qarabağla bağlı Avropa Şurasına çağırış edİb

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının qərarlarının icrası istiqamətində daha konkret addımlar görmək istərdik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Avropa Şurasının 70 illik yubileyi münasibətilə keçirilən "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının strukturlarının qərarların icrası üçün daha konkret planlar görmək istərdim. Çünki sülh olmadan davamlı inkişaf da olmaz”, - E. Süleymanova bildirib.

 

O, həmçinin AŞPA-nın BMT TŞ-nin 4 qətnaməsinə istinad edən 1416 saylı qətnaməsini xatırladıb.

Ombudsman qeyd edib ki, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşdirilməsində vacib rol oynayıb.

Zümrüd Paşkin

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR