Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press release

Ukrayna XİN: Dağlıq Qarabağda keçİrİlən qondarma “seçkİlər” beynəlxalq hüququn prİnsİplərİnİ kobud şəkİldə pozur

Kiyev, 12 sentyabr, AZƏRTAC

Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”, - deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR