Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent: "Status-kvonun dəyİşməsİ Azərbaycan torpaqlarının İşğaldan azad edİlməsİ deməkdİr"

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayon Ermənistanın işğalı altındadır".

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

 

Dövlət başçısı bildirib ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb: "ATƏT-in iki Faktaraşdırıcı Missiyasının hesabatında da bu, təsdiqini tapıb. Baş verənlər separatçılığın və Ermənistan tərəfindən işğalın nəticəsidir. Münaqişə başlayanda Azərbaycanın 8 milyon nəfər əhalisi, 1 milyon qaçqın və məcburi köçkün vardı. Adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan birinci yerdəydi. Həmin dövrdə Azərbaycan iqtisadiyyatının durumu yaxşı deyildi. Sonradan iqtisadi inkişaf nəticəsində bu insanların durumu xeyli yaxşılaşdı".

 

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrində, qərarlarında Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan 25 il keçir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar içərisində yerinə yetirilir. Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər.

 

Ermənistan Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törədib, torpaqlarımızı işğal edib. Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir. Biz münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin rəhbərləri dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir".  

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR