Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Polad Bülbüloğlu: "Dağlıq Qarabağ münaqİşəsİnİn həllİ üzrə danışıqlarda proses deyİl, nətİcə vacİbdİr"

"1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib".

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib. O bildirib ki, BMTTŞ-nin 3 daimi üzvünü özündə birləşdirən format kifayət qədər ciddi görünür: “Məhz bu 3 ölkə nəhəng siyasi yükə və müvafiq təcrübəyə malikdir, Rusiya isə nəinki coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həmçinin bizi ortaq tarixi bağlar birləşdirir. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, münaqişənin həlli istiqamətində lazımi addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan torpaqlarının işğalı ilə xarakterizə olunan mövcud status-kvo qəbuledilməzdir. Bu barədə 2009-2013-cü illərdə qəbul olunan bəyanatlarında həmsədr ölkələrin başçıları da qeyd ediblər. Hazırda real nəticələr əldə etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi şəraitini təmin etmək lazımdır. Bir daha qeyd edim ki, danışıqlar predmet xarakterli olmalıdır. Yəni proses deyil, nəticə vacibdir”.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR