Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Alxanlı kəndİnə atılan mərmİ Tarİx Muzeyİndə nümayİş etdİrİləcək

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndinə atdığı mərmi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdiriləcək.

 

AMEA-dan APA-ya verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunur.

 

Bu günlərdə düşmən qəddarlığını əks etdirən daha bir material - erməni silahlı qüvvələrinin dəzgahlı qumbaraatanlardan atdığı mərmi muzeyə verilib. Mərmini muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi Nazim Vəlişov təqdim edib.

 

N.Vəlişov Qarabağa dair kitablarını da muzeyə hədiyyə edib. 

 

Qeyd edək ki, bu il iyulun Ermənistan silahlı qüvvələri Füzulirayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

 

 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR