Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Rusİya XİN: Dağlıq Qarabağ münaqİşəsİndə bİrbaşa dİaloq olsa da, təəssüf kİ, bu, cİddİ İrəlİləyİşlə nətİcələnmİr

"Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq mövcuddur, təəssüf ki, bu, hələ ciddi irəliləyişlə nəticələnmir".

 

APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏTXarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, bu il Azərbaycan və Ermənistan prezidentlər arasında bir, nazirlər arasında isə bir neçə dəfə baş tutan dialoq pozitiv haldır: “Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR