Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Rusİya XİN Paşİnyanın Qarabağ münaqİşəsİnİn nİzamlanmasına daİr bəyanatını qeyrİ-konstruktİv hesab edİr

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə mövqeyini qeyri-konstruktiv hesab edir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar yəqin ki, konstruktiv deyil", - deyə o vurğulayıb.

 

 

XİN nümayəndəsi Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovdan gözləntilərinə də toxunub, bü gözləntilərin müsbət olduğunu deyib: "Boçarnikov çox təcrübəli diplomatdır. Yen səfirin qarşısında Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək vəzifəsi dayanır".

 

Qeyd edək ki, N. Paşinyan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda münaqişə tərəfi kimi iştirak etməli olduğunu bəyanat edib.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR