Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Avstralİya Senatında Azərbaycanın ərazİ bütövlüyünə dəstək nümayİş etdİrİlİb

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib.

 

APA-nın Avstraliya senatına istinadən verdiyi məlumata görə, mayın 31-də Avstraliya Senatının xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib.

 

Dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib.

 


Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.

 

O, Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin “Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir" bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu soruşub.

 

Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri Kətrin Reyper Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin, o, bildirib ki, rəsmi Kanberra ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR