Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Tabor komandİrlərİnİn hazırlıq səvİyyəsİ yoxlanılır

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdişləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istismarı üzrə bilikləri də qiymətləndirilir.

 

Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirilir, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilir.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR