Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Valerİ Semerİkov: Dağlıq Qarabağ münaqİşəsİnİn nİzama salınmaması KTMT-yə üzv ölkələrİ narahat edİr

Bakı, 4 iyul, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələri narahat edir. AZƏRTAC xəbər verir ki, bu fikri KTMT-nin baş katibi vəzifəsini icra edən Valeri Semerikov Moskvada keçirdiyi mətbuat konfransında səsləndirib.

V.Semerikov Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin təhlükəli cəhətləri ilə bağlı jurnalistin sualına cavabında deyib: “Qafqaz istiqamətində Qarabağ münaqişəsinin nizama salınmaması, həmçinin NATO-nun Gürcüstan ərazisini hərbi təsiri altına alması prosesi ucbatından gərginlik davam edir”. O əlavə edib ki, KTMT-yə üzv ölkələrin Nazirlər Şurasının Qarabağ münaqişəsinin nizama salınmasının müzakirə olunmadığı heç bir iclasını xatırlamır. Semerikovun sözlərinə görə, bugünədək bu məsələ ilə əlaqədar Kollektiv Təhlükəsizlik Şurası və xarici işlər nazirləri səviyyəsində bir neçə bəyannamələr qəbul olunub. “Demək olar ki, hər il yaranan vəziyyətlə əlaqədar bu məsələyə dair müvafiq bəyannamələr qəbul edilir””, -deyə o vurğulayıb.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR