Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Lüksemburqda ATƏT Parlament Assambleyasının İllİk sessİyası İşİnİ başa çatdırıb

Lüksemburq, 8 iyul, AZƏRTAC

Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentari iştirak edirdi.

AZƏRTAC-ın xəbər verdiyi kimi, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.

Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilmişdi.

Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının – Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü “paket şəklində”, ikili standartlar tətbiq edilmədən dəstəkləndi.

Parlament Assambleyasının işinin yekunlarına əsasən Lüksemburq Bəyannaməsi qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR