Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Mİyatovİç: "Məcburİ köçkünlər görüş zamanı öz evlərİnə qayıtmaq İstədİklərİnİ bİldİrdİlər"

“Azərbaycan hökumətinin məcburi köçkünləri davamlı olaraq mənzillərlə təmin etməklə, onlarınhüquqlarının qorunması yolunda atdığı vacib addımları yüksək qiymətləndiririk”.

APA-nın Avropa Şurasının rəsmi saytına istinadən veridiyi məlumata görə, bunu Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycana etdiyi 4 günlük səfərinin nəticələri ilə bağlı bildirib.

D. Miyatoviç 4 günlük səfər zamanı Bakının Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə və Yasamal rayonunda Texniki Universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşdüyü qeyd edib: “Dağlıq Qarabağ və ətraf 7 rayonda həll olunmamış münaqişə nəticəsində Azərbaycanın çox sayda məcburi köçkünü var. Görüş zamanı onlar öz evlərinə qayıtmaq istədiklərini dilə gətiriblər. Lakin indi onlar üçün dolanışıq imkanlarının təmin edilməsi çox önəmlidir”.

 

D.Miyatoviç məcburi köçkünlərin könüllü şəkildə, təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əhəmiyyətini də vurğulayıb. 

Rəna Ağayeva

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR