Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press release

Prezİdent İlham Əlİyev: “Dağlıq Qarabağ münaqİşəsİnİn həllİndə Fransanın qətİyyətlİ mövqeyİnə böyük ümİdlər bəsləyİrİk”

“Azərbaycan-Fransa əlaqələri xoş ənənələrə malikdir. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir”.

APA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın milli bayramı münasibətilə Fransa prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda yer alıb.

“Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur. Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır”, - təbrik məktubunda qeyd olunub.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR