Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Rusİyada keçİrİlən “Beynəlxalq Ordu Oyunları-2019”-da Ermənİstanın təxrİbatının qarşısı alınıb

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib. 

Stenddə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi təqdim olunan xəritə asılıb. 

 

Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılıb. 

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.   

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR