Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Doğu Perİnçek: Tələt Paşanın qatİlİ olan ermənİ terrorçusuna abİdənİn ucaldılması İnsanlığa qarşı hörmətsİzlİkdİr

İstanbul, 3 sentyabr, AZƏRTAC 

Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə qarşı təhqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.

Bu sözləri Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatili - erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan abidə ilə bağlı AZƏRTAC-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bildirib.

Doğu Perinçek Tələt Paşanın türk millətinin yetişdirdiyi ən böyük fədailərdən biri olduğunu xatırladaraq, sözügedən heykəl əsasında Tələt Paşanın təhqir olunmasını insanlığa qarşı hörmətsizlik adlandırıb. O, bu təhqirə qarşı dünya ictimaiyyəti qarşısında, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində səssiz qalmayacaqlarını qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR